Yaşayış binasında baş verən yanğın nəticəsində 4 uşaq ölüb
17 Dekabr 2021 13:46 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,Londonda yaşayış binasında yanğı baş verib. London Yanğınsöndürmə Qrupu (LFB) dekabrın 17-də Londonun Sutton səmtindəki yaşayış binasında baş verən yanğın nəticəsində dörd uşaq dünyasını dəyişib.
Bu barədə Londonun Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Tənəffüs aparatında olan yanğınsöndürənlər orta terrasdakı evə daxil olub və dörd azyaşlı uşağı evdən çıxarıblar... Dörd uşaq faciəvi şəkildə xəstəxanaya çatdırılıb və bütün cəlb olunanların səylərinə baxmayaraq, onların öldüyü elan edilib" - deyə LFB bildirib.
LFB həmçinin bildirib ki, alovun söndürülməsinə 8 yanğınsöndürən maşın və 60-a yaxın yanğınsöndürən cəlb olunub.
Yanğın lokallaşdırılıb və onun səbəbi araşdırılır.