Rusiya Əfqanıstana yenidən humanitar yardım göndərəcək

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Moskva dekabrın 18-də Kabilə humanitar yardım çatdıracaq və rusları təxliyə edəcək.

Bu barədə  Rusiya prezidentinin Əfqanıstan üzrə nümayəndəsi və Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov dekarın 17-də  mediaya açıqlamasında bildirib.

"Bəli, əgər hava şəraiti imkan verərsə", - deyə  Rusiya nümayəndəsi bildirib.

Bir neçə gün əvvəl Kabilə yağan ilk qar Əfqanıstan paytaxtının hava limanında uçuşların gecikməsinə və təxirə salınmasına səbəb olub.

Dekabrın 1-də Rusiyanın üç İlyuşin İl-76 təyyarəsi Kabilə 36 ton humanitar yük çatdırıb və 214 Rusiya və Qırğızıstan vətəndaşını, həmçinin Rusiya universitetlərində təhsil alan əfqanları təxliyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31