Türkiyə lirəsi rekord həddə çataraq ucuzlaşdı
17 Dekabr 2021 12:39 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin milli valyutası dekabrın 17-də Amerika valyutasının vahidi 16,19 lirəyə kimi ucuzlaşaraq rekord qırır.
Bu barədə onlayn birja ticarət mərkəzindən məlumat verilib.
Eyni zamanda, ilin əvvəlindən Türkiyə valyutası yarıbayarı dəyər itirib ki, bu da son illərdə milli valyutanın dəyərində ən böyük enişlərdən birinə çevrilib. Yanvarda dollara təxminən 7,3 lirə verilib.
Səhər saatlarında kəskin ucuzlaşmağa başlayan lirə dekabrın 17-də 1 dollar üçün 15,72 səviyyəsindən ticarətə başlayıb. Dekabrın 17-i üçün dəyər itkisi 2,64% təşkil edib. Lirə digər valyutalar qarşısında da ucuzlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31