Rusiyada koronavirusdan ölənlərin sayı 294 mini ötdü

Rusiyada son bir gündə daha 28 486 nəfərə COVID-19 diaqnozu qoyulub.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 131 646 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 133 nəfər artaraq 294 024-ə yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31