Daha 13 nəfərdə Omikron aşkarlandı
15 Dekabr 2021 15:23 DünyaOlaylar.az xarici KİV-ə istinadən İspaniya Səhiyyə Nazirliyi son sutka ərzində Omikron variantına 13 yeni yoluxma faktının qeydə alındığını təsdiqləyib.
Bu barədə Avropa Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin dərc etdiyi məlumatda bildirilib.
Məlumata görə, İspaniyada Omikron variantına yoluxanların ümumi sayı 49-a çatıb.
Öz növbəsində, İspaniya Səhiyyə Nazirliyi açıqlamasında ötən gün ərzində 26 136 yeni Korona virusuna yoluxma faktının qeydə alındığını və bununla da pandemiyanın başlanmasından bəri ölkədə koronavirusa yoluxanların ümumi sayının 5 366 128-ə çatdığını açıqlayıb. 58 ölüm qeydə alınıb, bu günə qədər ümumi ölüm sayı 88 542 nəfərə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31