Qayıq qəzaya uğrayıb: 10 nəfər ölüb, 29 nəfər itkin düşüb
15 Dekabr 2021 15:13 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Malayziya sahillərində qayığın batması nəticəsində 10 nəfərin həyatını itirdiyi, 29 nəfərin itkin düşdüyü bildirilib.
Bu barədə "The Strait Times" qəzetində məlumat verilib.
Məlumata görə, Tanjung Balau yaxınlığında qayığın batması nəticəsində 10 nəfərin cəsədi sahilə düşüb.
Qəzadan sonra 21 nəfər xilas edilərkən, 29 nəfərin itkin düşdüyü bildirilir.
Malayziya Dəniz Mühafizə Ofisinin (MMEA) direktoru admiral Nurul Hizam Zəkəriya, qayığın pis hava şəraiti səbəbiylə çevrildiyini ifadə edərək, qayıqdakı insanların Malayziya sularına qeyri-qanuni yollarla girdiklərini təxmin etdiklərini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31