İranda 4,6 bal gücündə zəlzələ baş verib

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın Xuzistan əyalətində 4,6 bal gücündə zəlzələ baş verib.
 Bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzindən məlumat verilib. Məlumata görə, episentri Xuzistan əyalətinin Qale Xace bölgəsində olan zəlzələ yerli vaxtla saat 11:51-də baş verib.

Zəlzələ yerin 10 kilometr dərinliyində baş verib.

Hadisə zamanı insan təlafatı və ya maddi ziyanın olub-olmadığı hələlik məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31