Ümumi yoluxanların sayı 10 103 160-a çatıb

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyada son sutka ərzində 28 363 yeni təsdiqlənmiş COVID-19 infeksiyası qeydə alınıb, infeksiyaların ümumi sayı 10 103 160-a çatıb. 

Bu barədə koronavirusla mübarizədə böhran mərkəzindən məlumat verilib.

Yoluxmaların nisbi artım tempi 0,28% təşkil edib.

Xüsusilə də, Sankt-Peterburqda-2055, Moskvada- 1739, Krasnoyarskda isə 715 yeni yoluxma halı aşkar edilib. Həmçinin, Krasnodarda- 687, Perdə isə 661 yeni yoluxma halı qeydə alınıb.

Hazırda Rusiyada 970 636 xəstənin müalicəsi davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31