Avropa ölkələri narkotiki leqallaşdırır
15 Dekabr 2021 14:19 DünyaƏrazi baxımından Avropa Birliyinin ən kiçik ölkəsi kimi tanınan Malta marixuananı leqallaşdırıb.
OLaylar.az xəbər verir ki, şəxsi istifadə və zövq almaq məqsədilə istifadəsi gündəmə gələn qanun layihəsi parlamentdə müzakirə edilərək qəbul olunub.
Beləliklə Malta fərdi istifadə üçün marixuananı qanuniləşdirən ilk ölkə olub. Maltadan əvvəl Lüksemburq oktyabr ayında belə bir qanun layihəsini gündəmə gətirsə də parlament hələ də bu qərara yaşıl işıq yandırmayıb.
Maltada qəbul edilən yeni qərar çərçivəsində yetkinlik yaşına çatmış şəxsin 7 qram marixuana daşımasına və evində 4 çətənə kolu yetişdirməsinə icazə verilir.
Bu qanuna əsasən ictimai yerlərdə marixuana istehlakı hələ də qadağan ediləcək. Uşaqların gözü qarşısında marixuana çəkənlər isə 300-500 avro arasında cərimələnəcək.
Hollandiyada marixuana ilə bağlı oxşar yanaşma tətbiq olunsa da, burada marixuana satışı qadağandır.
(sfera.az)