İki avtomobil toqquşdu- 7 ÖLÜ
15 Dekabr 2021 12:39 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Kalmıkiya Respublikasında iki avtomobil toqquşub. Nəticədə biri uşaq olmaqla 7 ölüb, 3 nəfər yaralanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
"Dekabrın 15-də Həştərxan-Stavropol yolunun 272-ci kilometrliyində ölümlə nəticələnən qəza baş verib. İlkin məlumata görə, "Hyundai Solaris" və "Toyota Vitz" markalı avtomobillərin toqquşması nəticəsində 7 nəfər ölüb. 3 nəfər xəsarət alıb. "Hyundai" markalı avtomobil tibb müəssisəsinə aparılıb" - deyə mətbuat xidmətindən bildirilib.
Hazırda yol polisi və digər qurumların nümayəndələri qəza yerində araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31