Ekvadorda ilk Omikron variantı aşkar edilib

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni növ koronavirusun (COVID-19) Omicron variantı ilk dəfə Cənubi Amerika ölkəsi Ekvadorda qeydə alınıb.

Səhiyyə naziri Ximena Qarzon dekabrın 10-da Cənubi Afrikadan ölkəyə gəldiyi təsbit edilən 48 yaşlı kişi xəstədə Omikron simptomlarının olduğunu açıqlayıb.

Afrika qitəsinə araşdırma aparmaq üçün gedən mühəndisin Omikron virusuna yoluxduğunu bildirən Qarzon, xəstənin məcburi 15 günlük otel karantininin başladığını qeyd edib.


Bu günə qədər Ekvadorda COVID-19 səbəbiylə 33 min 561 nəfər ölüb, 533 min 457 nəfər isə virusa yoluxub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31