Oyunda azarkeşin ürəyi dayandı
14 Dekabr 2021 16:45 Dünyaİtaliya A Seriyasının 17-ci turunda "Roma" "Spezia" üzərində inamlı qələbə qazanıb.
Olaylar.az "La Gazzetta dello Sport"-a istinadən xəbər verir ki, Romanın "Olimpiko" stadionunda keçirilən görüş 2:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
Matçın 30-cu dəqiqəsində "Roma" azarkeşlərdən biri huşunu itirib. 30 yaşlı azarkeşin ürəyinin dayandığı məlum olub.
Azarkeşin ürəyində defibrilyator olduğundan onu özünə gətirmək mümkün olub.
O, dərhal xəstəyanaya çatdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31