Çində "omikron" ştamına ilk yoluxma aşkarlandı
14 Dekabr 2021 14:57 DünyaÇinin materik hissəsində COVID-19 virusunun "omikron" ştamına ilk yoluxma qeydə alınıb.
Olaylar.az xarici KİV-ə istinadən bildirir ki, xaricdən Tiencin şəhərinə gələn sərnişinlərdən birinin koronavirusun "omikron" ştamına yoluxması aşkarlanıb. Bildirilir ki, həmin şəxsdə xəstəlik əlamətləri olmasa da, analizlər nəticəsində onun "omikron"a yoluxduğu məlum olub. Hazırda o, təcrid olunaraq, tibbi nəzarətə götürülüb.
Qeyd edək ki, COVID-19 virusunun daha yoluxucu olduğu güman edilən "omikron" ştamına indiyədək 60-dan çox ölkədə yoluxma aşkarlanıb, Böyük Britaniyada bu ştamdan ölüm halı qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31