İndoneziyada vulkan püskürməsi: İnsan itkisi 48 nəfəri ötdü

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Dekabrın 4-də İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 48-ə çatıb.Bu barədə İndoneziya Milli Fəlakət İdarəsi Agentliyi (BNPB)  məlumat yayıb.Məlumata görə, Semeru vulkanının püskürdüyü bölgədə axtarış-xilasetmə işlərinin ərazidə 4 qrupla davam etdiyi bildirilib.Partlayışdan sonra ölənlərin sayının 48-ə yüksəldiyi açıqlansa da, təxminən 10 min bölgə sakininin təxliyə edildiyi paylaşılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31