Tailandda helikopter qəzaya uğrayıb
14 Dekabr 2021 14:06 DünyaTailandda Quru Qoşunları aviasiyasına məxsus ABŞ istehsalı olan "Enstrom 480 V" markalı təlim-məşq helikopterinin qəzaya uğrayaraq yanması nəticəsində üç nəfər ölüb.
Olaylar.az xəbər verir ki, bu barədə Tailandın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində pilot-təlimçi polkovnik-leytenant Pxanpxonq Bançonqplien, müdavim və kapral Çanakxon Pxiamçaren ölüb.
Helikopterin təlim uçuşu zamanı qəzaya uğradığı vurğulanıb.
Mənbə: "RİA Novosti"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31