Koronavirusa qarşı peyvənd olunmayanlar pullu müalicə alacaq
14 Dekabr 2021 13:09 DünyaErmənistan Səhiyyə Nazirliyi fevralın 1-dən koronavirusdan stasionar müalicəyə görə ödəniş tətbiqi ilə bağlı qərar qəbul edib.
Olaylar.az erməni KİV-inə istinadən xəbər verir ki, koronavirusdan peyvənd olunmayanların müalicəsi 800 min drama (1700 ABŞ dolları) başa gələcək.
Bu qərarın məqsədi ölkədə peyvəndləməni sürətləndirmək, həmçinin koronavirusun yeni növlərinə qarşı mübarizəni daha səmərəli təşkil etməkdir.
Koronavirusdan peyvənd olunmayanlar üçün ödənişli müalicə tətbiqi oktyabr ayından gündəmdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31