Rusiya prezidenti Monqolustana səfər edəcək

Olaylar.az Rusiya prezidenti Vladimir Putin dekabrın 16-da Rusiyaya səfər edəcək monqolustanlı həmkarı Uxnaa Xurelsux ilə danışıqlar aparacaq.

Bu barədə  Kremlin mətbuat xidməti dekabrın 14-də  mediaya açıqlamasında  bildirib.

"Rusiya ilə Monqolustan arasında siyasi, ticarət-iqtisadi, elmi-texniki və humanitar sahələrdə hərtərəfli strateji tərəfdaşlığın inkişafı üçün şərait və perspektivləri müzakirə etmək, həmçinin beynəlxalq arenada əməkdaşlığa dair fikir mübadiləsi aparmaq üçün planlar hazırdır " - deyə məlumatda deyilir.

Bu, Putinlə Monqolustan prezidenti Uxnaa Xurelsux arasında ilk görüş olacaq. Noyabrda Rusiya dövlət başçısı monqolustanlı həmkarına iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının yüzilliyi münasibətilə təbrik göndərib. Putin mesajında qeyd edib ki, Moskva və Ulan-Bator arasında əməkdaşlığın genişləndirilməsi Avrasiya qitəsində sülh, təhlükəsizlik və sabitliyə təkan verəcək. Rusiya prezidenti iki ölkə arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq kimi inkişaf etdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31