Geyim bazarında güclü yanğın baş verib

Rusiyanın Sank-Peterburq şəhərinin Frunzenski rayonundakı geyim bazarında güclü yanğın baş verib.
Olaylar.az xəbər verir ki, verilən ilkin məlumata əsasən, yanğının sahəsi qısa müddət ərzində 400 kvadratmetrdən 1 200 kvadratmetrə qədər artıb.
Yanğının üç anqarda baş verir, yanğının yaxınlıqdakı tikililərə keçmə təhlükəsinin olduğu bildirilir.
Yanğının söndürülməsi üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin 13 texnikası və 60-dan çox canlı qüvvəsi cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31