Miqrantların olduğu avtomobil evə çırpılıb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Morahalom şəhərində dekabrın 14-də, gecə saatlarında  avtomobil qəzaya uğrayıb. Nəticədə 7 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bu barədə Macarıstan polisi mediaya açıqlamasında bildirib. Məlumata görə, miqrantları daşıyan avtomobil evə çırpılıb.

"Maşın evə çırpılaraq aşıb. Avtomobildə sürücü ilə yanaşı on qeyri-qanuni miqrant da olub. Qəza nəticəsində sürücü ilə birlikdə dörd nəfər xəsarət alıb, qalanları hadisə yerindəcə dünyasını dəyişib . Sürücüyə ölümlə nəticələnən qəza törətdiyinə görə saxlanılaraq rayon polis şöbəsində  cinayət işi açılıb", - deyə polisin açıqlamasında bildirilir.

Zərərçəkənlərin vəziyyəti barədə məlumat verilmir.

Hüquq-mühafizə orqanları evin yaşayış olub-olmadığını dəqiqləşdirməyib. Polisin yaydığı fotoda cüzi ziyanı olan kiçik birmərtəbəli fərdi ev əks olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31