Bu ölkədə koronavirusdan ölənlərin sayı 7 845-ə yüksəlib

Ermənistanda son sutkada daha 161 nəfərdə COVID-19 aşkarlanıb. Olaylar.az erməni KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 342 765-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 26 nəfər artaraq 7 845-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 480 nəfərdir. İndiyədək 326 304 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 7 136 aktiv koronavirus xəstəsi var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31