"3+3" formatı qarşılıqlı münasibətlərə müsbət enerji verə bilər"

"Rusiya regiondakı bütün dövlətləri narahat edən məsələlərin bu formatda müzakirə ediləcəyini düşünür".
Olaylar.az erməni KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanda "3+3" formatından bəhs edərkən bildirib.
"Region ölkələrini maraqlandıran müxtəlif məsələlər üzrə dialoq, fikir mübadiləsi aparmaq üçün bu format imkanlar yaradır. Başqa sözlə, bu format ölkələr arasında qarşılıqlı münasibətlərə müsbət enerji verə bilər", - o deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31