SON DƏQİQƏ- Türkiyədə “Omikron” ştammına yoluxma qeydə alındı

Dünyanı cənginə alan koronavirusun "Omikron" ştammı Türkiyədə də aşkarlanıb.
Olaylar.az xəbər verir ki, yoluxanların biri İstanbulda, beşi İzmirdə qeydə alınıb. Sözügedən ştamma yoluxma hallarının daha çox olacağı istisna edilmir.
Mütəxəssislər qapalı məkanlarda çox olmamağı, sanitar qaydalara riayət etməyi, vaxtı çatanların peyvəndin üçüncü dozasını vurdurmasını tövsiyə edirlər.
Qeyd edək ki, "Omikron"a qonşu Rusiyada və İranda da rast gəlinib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31