Təhlükəsizlik Şurasının katibi İndoneziyaya səfər edib

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İndoneziyaya işgüzar səfərə başlayıb, O, dekabrın 13-də  Cakartaya gəlib. 

Bu barədə məlumatı Təhlükəsizlik Şurasının mətbuat xidməti yayıb.

"Nikolay Patruşev təhlükəsizlik üzrə Rusiya-İndoneziya məsləhətləşmələrinin aparılacağı Cakartaya işgüzar səfərə gəlib" - deyə məlumatda deyilir.

Rusiya Təhlükəsizlik Şurasının katibi sonuncu dəfə 2018-ci ilin martında Cakartaya səfər edib. Daha sonra Patruşev təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparıb, həmçinin İndoneziya prezidenti Coko Vidodo ilə görüşüb. Onlar, digər məsələlərlə yanaşı, beynəlxalq terrorizmlə mübarizə, o cümlədən onun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində iki ölkənin qarşılıqlı fəaliyyətini müzakirə ediblər.

Bundan əlavə, Patruşev Kamboca Krallığına səfər etməyi planlaşdırır və burada təhlükəsizliklə bağlı məsləhətləşmələr də keçirməyi planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31