Cənubi Afrikadan qayıdan 177 nəfərdən 16-da Omikron ştammı aşkarlanıb

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Cənubi Afrikadan Rusiyaya gələn 177 vətəndaşdan 16-da yeni omikron koronavirus ştammı təsdiqlənib. Bu, onun yüksək yoluxuculuğuna dəlalət edir, 

Bu barədə dekabrın 13-də Rusiya baş nazirinin müavini Tatyana Qolikova  mediaya açıqlamasında bildirib.

"Bu gün qayıdan 177 vətəndaşdan 16-da omikron variantı aşkar edilib. Onların hamısı nəzarət altındadır.  Bu, demək olar ki, 10% təşkil edir, kifayət qədər yüksək göstəricidir və bu dolayısı ilə yüksək yoluxuculuq və mümkün yayılmaya dəlalət edir" - deyə  Qolikova  söyləyib.

Rospotrebnadzorun rəhbəri Anna Popovanın sərəncamına əsasən, dekabrın 8-dən Botsvana, Zimbabve, Lesoto, Madaqaskar, Mozambik, Namibiya, Tanzaniya, Esvatini, Cənubi Afrika Respublikası və Honq Konq Xüsusi İnzibati Bölgəsindən gələn vətəndaşlar Rusiya Federasiyası 14 günlük özünütəcrid rejiminə riayət etməlidir. Bundan əlavə, bu ölkələrdən gələnlər iki PCR testindən keçməli olacaqlar, birincisi gəldikdən sonra iki gün ərzində, ikincisi isə 10-12-ci gün ərzində.

Yeni ştamm 63 ölkədə aşkar edilib. Eyni zamanda, omikron ştammına yoluxanlar arasında hələ də  heç bir  ölüm halı qeydə alınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31