Kimya zavodunda partlayış baş verdi

Olaylar.az  xarici KİV-ə istinadən xəbər verir ki, Koreya Respublikasının cənubundakı Colanam-do əyalətində yerləşən kimya zavodunda partlayış baş verib.Nəticədə azı iki nəfər həlak olub.

Bu barədə bazar ertəsi Yonhap agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış Yeosu şəhərindəki kimya zavodunun anbarında baş verib. Hadisənin baş vermə səbəbi dəqiqləşdirilməyib.

Partlayış zamanı hadisə yerində yeddi nəfərin olduğu qeyd edilib.

Əlavə olaraq, fövqəladə hallar xidməti alovlanan yanğını söndürməyə başladığını, tüstünün hadisə yerindən 10 km aralıda görüldüyü bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31