Çin prezidenti Si rusiyalı həmkarı Putinlə görüşəcək

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Dekabrın 15-də Çin Prezidenti Si Cinpin Rusiya Prezidenti Vladimir Putinlə videokonfrans keçirməyi planlaşdırır. 

Bu barədə dekabrın 13-də ÇXR Xarici İşlər Nazirliyinin mətbuat katibi Hua Çunyinin yaydığı bəyanatda bildirilib.

"Çin Xalq Respublikasının sədri Si Cinpin dekabrın 15-də Rusiya prezidenti Vladimir Putinlə videobağlantı vasitəsilə görüş keçirəcək"- deyə nazirliyin rəsmi saytında yerləşdirilən məlumatda deyilir .

Görüşlə bağlı digər təfərrüatlar hələlik verilməyib.

Si Cinpin və Putin arasında əvvəlki videokonfrans görüşü iyunun 28-də baş tutub. Bu, Rusiya-Çin mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilənin imzalanmasının 20-ci ildönümünə təsadüf edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31