İki yük gəmisi toqquşub

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Baltik dənizi, İsveç sahillərində, Bornholm adası yaxınlığında iki yük gəmisi toqquşub, onlardan biri aşıb.

Bu barədə  dekabrın 13-də SVT televiziyası məlumat verib.

Məlumata görə, aşan gəmi   İsveçin İstad şəhəri ilə Danimarkanın Bornholm şəhəri arasında baş verib. 10-a yaxın qayıq, helikopter, eləcə də sağ qalan Britaniya gəmisinin iştirak etdiyi ərazidə axtarış-xilasetmə əməliyyatı aparılıb.

Qəzaya uğrayan gəminin heyətinin dəqiq sayı barədə məlumat verilmir. 

Hadisə nəticəsində iki nəfərin suya düşdüyü bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31