Bu ölkənin prezidenti özünü təcird etdi
13 Dekabr 2021 10:52 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Cənubi Afrika Prezidenti Cyril Ramaphosa, koronavirus testi edildikdən sonra özünü təcrid edib.
Bu barədə Cənubi Afrika prezident adminstrasiyasının rəsmi Twitter hesabında bildirilib.
Məlumata görə, o, yüngül simptomlar üçün müalicə alır və səlahiyyətlərini gələn həftə vitse-prezident David Mabuzaya təhvil verib.
Prezident bildirib ki, onun xəstəliyi bütün ölkə vətəndaşlarına xəbərdarlıqdır və bu, peyvəndin zəruri olduğunu xatırladır.
Dekabrın 8-də Ramafosa Qərbi Afrika ətrafında səyahətdən qayıdıb. Onun və nümayəndə heyəti üzvlərinin səfər zamanı etdiyi testlər mənfi nəticə verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31