Düşmən itkilər verir: 1 ölü, 4 yaralı

Artıq xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş  texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.

Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində  yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.

Olaylar.az bildirlir ki, atışma zamanı Ermənistan Müdafiə Nazirliyinin 1 hərbçisi həlak olub, 4 nəfər yaralanıb.

Yaralıların ikisinin vəziyyəti ağırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31