Yük maşınının aşması nəticəsində 49 nəfər ölüb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Meksikada qeyri-qanuni miqrantları daşıyan yük maşınının aşması nəticəsində 49 nəfər ölüb 40 nəfər yaralanıb.

Bu barədə Əyalət prokurorluğundan məlumat verilib.

İlkin məlumata görə,  Chiapas əyalətində qeyri-qanuni immiqrantları daşıdığı deyilən yük maşınının magistral yolun kənarındakı istinad divarına çırpıldığı qeyd edilib.

Qəzada 49 nəfər həyatını itirib, 3-ü ağır olmaqla 40 nəfər yaralanıb.

Prokurorluq qəza ilə bağlı araşdırma apardığını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31