Bu ölkədə bir gündə 11 mindən çox insan koronavirusa yoluxdu

Ukraynada ötən gün 11 327 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 543 684 nəfərə çatıb.
Bu barədə Olaylar.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, son sutkada koronavirus səbəbindən 442 nəfər vəfat edib. Pandemiya baş qaldırandan indiyədək bu göstərici 90 343 nəfər təşkil edir.
Qeyd edək ki, hazırda Ukraynada 294 915 nəfər aktiv koronavirus xəstəsi var. Ötən gün 24 456 nəfər xəstəxanadan evə buraxılıb. Ümumi sağalanların sayı isə 3 158 426 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31