Ersin Tatardan Türkiyəyə başsağlığı mesajı

Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar İraqın şimalında Pəncə-İldırım əməliyyatı bölgəsində terrorçuların xain hücumu nəticəsində şəhid olan Türkiyə Silahlı Qüvvələrinin 3 əsgəri üçün başsağlığı verib. "OLAYLAR"-ın xəbərinə görə,  Türkiyənin sərhəd təhlükəsizliyinə qarşı bütün terror təhdidlərini aradan qaldıracağına inandığını vurğulayan prezident Tatar daha sonra ​​bunları qeyd edib: "Pəncə-İldırım əməliyyatı bölgəsində terrorçuların xain hücumu nəticəsində 3 qəhrəman Mehmetçiyin şəhid olmasından təəssüf keçirir və dərindən kədərləndiyimi ifadə edirəm.  Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda PKK-ya qarşı başlatdığı sərhəd əməliyyatının davamı olan Pəncə-İldırım əməliyyatlarının bütün bu xain hücumlara baxmayaraq müvəffəqiyyətlə nəticələnəcəyinə və Ana Vətən Türkiyənin sərhəd təhlükəsizliyinə qarşı bütün terror təhdidlərinin aradan qaldırılacağına əminəm. Buna  tam inanıram. Böyük kədərə səbəb olan bu hadisədə dünyasını dəyişən qəhrəman şəhidlərimizi rəhmətlə yad edərkən baş vermiş faciə ilə əlaqədar onların ailələrinə və türk millətinə öz adımdan və ölkəm adından başsağlığı verirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31