Ermənistan XİN qarşısında aksiya keçirildi, saxlanılanlar var
10 Dekabr 2021 13:32 DünyaYerevanda Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) qarşısında etiraz aksiyası keçirilib.
Olaylar.az-ın sfera..az-a istinadən məlumatına görə, etirazçılardan bir qrupu nazirlik binasına daxil ola bilib.
Aksiya ilə əlaqədar 13 nəfər saxlanılıb.
Qeyd olunur ki, etirazçılar nazir Ararat Mirzoyanla görüşməyi və Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı məsələlərə aydınlıq gətirməyi tələb edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31