5-11 yaşlı uşaqlar üçün COVID-19 peyvəndi təsdiq edildi
10 Dekabr 2021 13:09 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliya Peyvəndi Texniki Məsləhət Qrupu yeni koronavirusun Delta və Omikron variantlarına qarşı mübarizədə 5-11 yaş arası uşaqların peyvənd edilməsini təsdiqləyib.
Ölkədə narkotik istifadəsini tənzimləyən Avstraliya Terapevtik Məhsullar İdarəsi tərəfindən də təsdiqlənmiş BioNTech-Pfizer COVID-19 peyvəndinin 5-11 yaş arası uşaqlara tətbiqinə icazə verilib. Peyvəndin 10 yanvardan etibarən vurulması uyğun görülüb.
Sözügedən yaş qrupunda olan uşaqları peyvənd etməklə həm özlərinin, həm də ailələrinin xəstəlikdən qorunacağını tövsiyyə edən ATAGI xüsusi hallar istisna olmaqla, uşaqların 8 həftə ara ilə iki dozada peyvənd ediləcəyini açıqlayıb.
Avstraliyada 5-11 yaş arası təxminən 2,27 milyon uşağın peyvənd olunmaq imkanı olacağını bildirən Avstraliyanın Baş naziri Skott Morrison: "Bu, indi uşaqları üçün ən yaxşısını seçmək imkanı olan bir çox valideynə böyük rahatlıq gətirəcək"-deyə söyləyib.