Çin yeni peyklərini orbitə buraxıb
10 Dekabr 2021 12:08 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin "Long March-4B" daşıyıcı raketi ilə Shijian-6 05 peyklər qrupunu uğurla orbitə buraxıb, Bu barədə Sinxua Xəbər Agentliyi dekabrın 9-da məlumat verib. Kosmosa səhər saat 08:11-də Cyuquan peyk buraxılış mərkəzindən baş tutub.Peyklərin sayı barədə məlumat dəqiqləşdirilməyib. Onlar kosmosun tədqiqi və yeni texnologiya sınaqları üçün istifadə olunacaq. Buraxılış Long March seriyalı daşıyıcı raketlərin 400-cü missiyasını qeyd edib..
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31