İranda qaz-kondensat boru kəməri partlayıb
10 Dekabr 2021 11:35 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verirki, İranın cənubunda, Fars əyalətindəki, Parsian neft emalı zavodunda qaz kondensat boru kəmərində partlayış baş verib.
Bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, partlayışın ekskavatorun 10 düymlük qaz kondensatı borusu ilə toqquşması nəticəsində baş verdiyini bildirib. Qəza heç bir xəsarət və ziyanla nəticələnməyib.
Əlavə olaraq, hadisə yerində təcili yardım qruplarının olduğunu bildirərək borunun mənbədən bağlandığı qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31