Son sutkada yoluxma halı 30 209 nəfərə çatıb
9 Dekabr 2021 16:18 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyada son sutka ərzində 30 209 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb. Ümumi yoluxanların sayı 9 925 806-ya çatıb.
Bu barədə koronavirusla mübarizədə böhran mərkəzindən məlumat verilib.
Yoluxmaların nisbi artım tempi 0,3% təşkil edib.
Xüsusilə də, Sankt-Peterburqda- 2111 yeni yoluxma, Moskvada- 1616, Samarada isə- 749 nəfərdə yeni yoluxma halı aşkar edilib. Həmçinin, Krasnoyarskda- 729, Permdə isə 690 nəfərdə yeni yoluxma halı müəyyən edilib.
Hazırda Rusiyada -1 001 941 nəfər koronavirus xəstəsinin müalicəsi davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31