"Mi-17V5" helikopterinin "qara qutusu" tapılıb
9 Dekabr 2021 12:34 DünyaHindistanın Tamiland ştatında qəzaya uğramış Rusiya istehsalı olan "Mi-17V5" helikopterinin "qara qutusu" dekabrın 9-da aşkarlanıb.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, qutunun tapılması helikopterin qəzaya uğraması səbəbinə aydınlıq gətirilməsinə yardım edəcək.
İlkin məlumata görə, helikopterin qəzaya uğramasına səbəb əlverişsiz hava şəraitidir.
Qeyd edək ki, dekabrın 8-də helikopterin qəzaya uğraması nəticəsində Hindistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Bipin Ravat ilə həyat yoldaşı Madxulika Ravat da daxlil olmaqla 13 nəfər ölüb. Helikopterin göyərtəsində 14 nəfər olub. Kapitan Varun Sinkh sağ qalıb. Hazırda müalicə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31