Kişi həyat yoldaşı və oğlunu balta ilə qətlə yetirdi

Gürcüstanın Acarıstan bölgəsində ötən gün axşam saatlarında amansız qətl hadisəsi baş verib.
Olaylar.az xəbər verir ki, Xelvaçauri rayonunun Çarnal kəndində 54 yaşlı kişi 43 yaşlı həyat yoldaşı və 21 yaşlı oğlunu balta ilə öldürüb.
Yerli sakinlərin sözlərinə görə, kişinin psixi problemləri olub. O, hadisəni törədəndən sonra özünü asaraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi üzrə istintaq aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31