İngiltərə də Pekin Olimpiya Oyunlarını diplomatik boykot etdi
8 Dekabr 2021 19:35 DünyaBöyük Britaniyanın Baş naziri Boris Conson idmançıların Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edə biləcəyini, lakin nazirlər və rəsmilərin diplomatik boykot tətbiq edəcəyini bildirib.
Olaylar.az xəbər verir ki, Conson Çinin uyğur türklərinə qarşı bu cinayətlərinə görə bu qərarın verildiyini açıqlayıb.
Conson deyib ki, hökumət Çində insan haqlarının pozulması ilə bağlı narahatlığını dilə gətirməkdən çəkinmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31