4 qadını küçənin ortasında soyundurulub... - VİDEO

Pakistanda oğurluq etdiyi üçün küçənin ortasında soyunaraq döyülən 4 qadının görüntüləri sosial mediada gündəm yaradıb.

Olaylar.az xəbər verir ki, hadisə ilə bağlı 8 nəfər saxlanılıb. Qadınlar polisə ifadələrində elektrik avadanlıqları sexinə girərək su istədiklərini, mağaza sahibi də onların oğurluq etdiklərini iddia etdiklərini bildiriblər. Ardınca 3 işçi və başqa bir şəxs onları döyüb. Adı Səddam olan mağaza sahibi qadınları oğurluq edərkən yaxaladıqlarını və oğurladıqları malları geri istəyəndə qadınların paltarlarını cırıb bayıra çıxdıqlarını bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31