Baş Qərargah rəisini daşıyan helikopter qəzaya uğrayıb- FOTO
8 Dekabr 2021 14:56 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan Hərbi Hava Qüvvələri, Hindistanın Baş Qərargah rəisi general Bipin Ravatı daşıyan helikopterin Tamil Nadu əyalətində qəzaya uğradığını açıqlayıb.
Bu barədə Hindistan Hərbi Hava Qüvvələri Twitter-də məlumat yayıb.
Hindistanın dövlət televiziyası Prasar Bharati yerli sakinlərin alov içində olan helikopteri söndürməyə çalışdığını və hər üç yaralının xəstəxanaya aparıldığını bildirib.
Əlavə olaraq, helikopterin hava qüvvələri bazasından hərbi məktəbə doğru yolda olduğu bildirilib.
Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.
![]()
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31