26 yaşlı qadın naməlum səbəbdən bıçaqlandı
8 Dekabr 2021 11:42 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, dekabrın 8-də səhər saatlarında Şərqi Qüdsdə naməlum qadın bıçaqlanıb.
Bu barədə " The Times of Israel " qəzeti yazıb .
Məlumata görə, 26 yaşlı İsrail vətəndaşı yaralanıb. Hücum zamanı o, kürəyindən bıçaqlanıb və yaxınlıqdakı xəstəxanaya aparılıb. Zərərçəkmiş huşunu itirib, ona lazımi köməklik göstəriliB. Polis hadisə yerindən qaçan şübhəlini axtarır.
Xatırladaq ki, son günlər İsrail vətəndaşlarının hücumuna məruz qalması ilk hadisə deyil. Dekabrın 4-də İsrail polisi Qüdsün Köhnə Şəhərində israillini bıçaqlayan fələstinlini güllələyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31