Aİ Rusiyaya xəbərdarlıq edib
7 Dekabr 2021 16:39 DünyaAvropa İttifaqı Ukraynaya hücumun ağır nəticələri ilə bağlı Rusiyaya xəbərdarlıq edib.
Olaylar.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin sözçüsü Peter Stano Aİ-nin Ukraynaya qarşı hər hansı təcavüzünü qəbul etmədiyini və Rusiya hücum etməyə cəhd edərsə, buna sərt cavab verəcəklərini bildirib.
"Avropa İttifaqı Ukraynanı müdafiə edəcək, biz onu dəstəkləyəcəyik. Biz heç bir təcavüzə və ya onun hüquqlarının, suverenliyinin, ərazi bütövlüyünün pozulmasına imkan verməyəcəyik. Əks halda, Aİ və bütün beynəlxalq ictimaiyyət reaksiya verməyə məcbur olacaq" - deyə, Stano bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31