Terrorçular hərbi bazaya hücum etdi
7 Dekabr 2021 16:10 Dünya"Əş-Şabab" terrorçu qruplaşmasının silahlıları Somalinin cənubundan Keniyadakı hərbi bazaya hücum edib.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Keniya hərbçiləri tərəfindən terrorçulara cavab zərbəsi endirilib.
Məlumata görə, hərbçilərin cavabı nəticəsində çoxlu sayda terrorçu ölüb.
Bildirilib ki, hadisə Keniyanın Cubalende bölgəsində Xosinqou şəhərində dekabrın 7-də səhər saatlarında baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31