Putin Yunanıstanın baş naziri ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin dekabrın 8-də Yunanıstanın baş naziri Karyakos Mitsotakis ilə danışıqlar aparacaq. 

Olaylar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Rusiya-Yunanıstan əməkdaşlığının siyasi, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə bütün məsələlərinin müzakirəsi, o cümlədən beynəlxalq və regional gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır", - deyə məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31