Yoluxanların sayı 31,096 nəfərə yüksəlib

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyada son sutka ərzində 31,096 nəfərdə  koronavirus hadisəsi qeydə alınıb. Ümumi yoluxmaların sayı 9,864,845-ə çatıb.

Koronavirusun artım tempi 0,32% təşkil edib.

Xüsusilə də,  son sutka ərzində Sankt-Peterburqda-2381, Moskvada- 2208, Voronejdə -717 hadisə qeydə alınıb. Krasnoyarsk və Samara vilayətlərinin hər birində 781 koronavirus yoluxma halı aşkarlanıb.

Hazırda Rusiyada 1 016 110 aktiv koronavirus xəstəsi müalicə alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31