Omrikon bu ölkədə də aşkarlandı

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Maldiv adalarında həkimlər ölkədə koronavirusun omikron ştammı ilə ilk yoluxma halını müəyyən ediblər.

Bu barədə dekabrın 7-də  Sinxua xəbər agentliyi məlumat yayıb .

Məlumata əsasən, infeksiya noyabrın 27-də Cənubi Afrikadan ada əyalətinə gələn turistdə aşkarlanıb.

Yeni ştammın yayılma riski ilə əlaqədar Maldiv hökuməti Zimbabve, Namibiya, Mavrikiy, Mozambik, Lesoto, Botsvana, Esvatini və Cənubi Afrikadan olan əcnəbilərin ölkəyə girişinə qadağa qoyub. Bu ölkələrdən qayıdan Maldiv vətəndaşlarından PZR testindən keçməli və ölkəyə gəldikdən sonra iki həftəlik karantinə keçmələri tələb olunur.

540 min nəfər əhalisi olan Maldiv adalarında koronavirus pandemiyası başlayandan indiyədək 92 min yoluxma halı aşkarlanıb, 1,8 minə yaxın insan hələ də xəstədir. Ölkədə 255 koronavirusla əlaqəli ölüm qeydə alınıb. 364 mindən çox insan peyvəndin tam kursunu başa vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31