Kuzbas şaxtasında baş verən  faciədə  daha 13 şaxtaçının cəsədi aşkar edilib

Bu barədə Rusiya Fövqəladə hallar  Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən,  noyabrın sonlarında,  Kuzbasda təbii fəlakətə uğramış "Listvyajnaya" mədənindən 13 cəsəd çıxarılıb və daha iki nəfərin axtarışı hələ də davam edir.

"Dekabrın 7-də səhər saatlarında biri xilasedici də daxil olmaqla 13 həlak olan mədənçinin cəsədi tapılıb. Qalan iki cəsədin axtarışı davam edir", - mənbə bildirib.

Xatırladaq ki, Kuzbasın Belovski rayonunda yerləşən Listvyajnaya mədənində insident noyabrın 25-də baş verib və nəticədə 51 şaxtaçı və 5 xilasedici həlak olub. İndiyədək insidentlə bağlı beş nəfər həbs edilib, onların arasında mədən direktoru, onun müavini, faciənin baş verdiyi mədən sahəsinin rəisi və mədəndə təftiş keçirmiş iki federal nəzarətçi əməkdaşı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31