Keniyada polis 6 nəfəri qətlə yetirib
7 Dekabr 2021 13:01 DünyaKeniyanın paytaxtı Nayrobinin yaxınlığında polis atəş açaraq 6 nəfəri, o cümlədən öz həyat yoldaşını qətlə yetirib.Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şahidinin sözlərinə görə, evdə həyat yoldaşını qətlə yetirdikdən sonra polis daha 5 nəfəri, o cümlədən 2 mototaksi sürücüsünü öldürüb. Daha 2 nəfər yaralanıb. Hadisəni törətdikdən sonra polis özünə qəsd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31